ZƏMANƏT ÖHDƏLİKLƏRİ

1.1. Bu kart, zəmanət müddəti ərzində istehsalçının təqsiri üzündən yaranmış nasazlıqların pulsuz aradan qaldırılmasına zəmanət verir.

1.2. Zəmanətli təmirin aparılması üçün zəmanət kartının olması və onun düzgün doldurulması(Cihaz haqqında məlumatlar,Satış tarixi, Alıcının adı və soyadı, Satıcının adı və möhürü. Satışın tarixini və məbləği təsdiq edən sənəd (kassa çeki və ya qaimə) mütləqdir. Əks təqdirdə cihaz zəmanətsiz hesab olunur və zəmanətli təmirdən imtina olunur.

1.3. Müayinə və ya əmirin icra olunması məqsədi ilə cihazın Texniki Servisdə saxlanmılma müddəti, istehlakçının müraciət etdiyi gün nəzərə alınmamaq şərti ilə 14 günə qədər ola bilər. İstisna hallarda (lazımi ehtiyat hissəsinin olmadığı və sair kimi hallarda) bu müddət 2 (iki) aya qədər uzadılır.

ZƏMANƏT VƏ ÖHDƏLİKLƏRİ AŞAĞIDAKILARA ŞAMİL EDİLMİR.

2.1 Müxtəlif informasiya daşıyıcıları (yaddaş kartı, sim kart) və onların üzərinə yazılmış proqram, o cümlədən parol/kodların təyin edilməsi, dəyişdirilməsi və ləğv edilməsi;

2.2. Uyğun olmayan kontentin (musiqi,qrafik, video və digər fayllar, əlavələr və s.) yüklənməsi və istifadəsi nəticəsində yaranmış qüsurlar;

2.3. Mobil cihazın yaddaşındakı məlumatların qorunub saxlanılması və ya xarici yaddaşın üzərinə köçürülməsi

2.3.1. Texniki Servis heç bir şərtlə, nə birbaşa, nə də dolayı yolla cihazın təmiri və ya əvəz olunması zamanı, onun yaddaşında olan məlumatların itirilməsi, korlanması və dəyişməsi nəticəsində, hansı şəkildə olursa-olsun, zərərə və itkilərə görə heç bir məsuliyyət daşımır!

QEYD! 2.3.1. bəndində göstərilmiş məhdud zəmanət şərti, istehlak mallarının satışına dair milli qanunvericilikdə təsbit olunmuş hüquqlarınıza təsir etmir.

2.4. Zəmanət öhdəliyi aşağıdakı element və hallara şamil edilmir:

2.4.1. enerji doldurucu cihazlara (adaptor), birləşdirici kabellərə (USB), qulaqlıqlara (qarnitur),

2.4.2 cihazın təbii köhnəlməyə məruz qalan hissələrinə(korpus),

2.4.3. cihazın daxilinə həşarat və digər cisimlərin daxil olunması zamanı yaranan nasazlıqlara,

2.4.4 səliqəsiz istifadə və istifadə qaydalarının pozulması nəticəsində yaranan nasazlıqlara,

2.4.5. dövlət standartlarına uyğun olmayan telekommunikasiya və kabel şəbəkələrinə,

2.4.6. şəbəkənin yetərsiz həcmi və yaxud radiosiqnalın gücü ilə əlaqədar rabitə şəbəkəsində yaranan nasazlıqlara,

2.4.7. istehsalçı tərəfindən tövsiyə olunmayan aksessuarların istifadəsi zamanı yaranan nasazlıqlara,

ZƏMANƏTİN LƏĞV OLUNMASI HALLARI

3.1. Cihaz mexaniki zədələr aldıqda,

3.2. Cihazın daxilinə maye keçdikdə,

3.3. Elektrik enerjisinin dəyişilməsi və ya yüksək enerjinin verilməsi nəticəsində cihazın zədələnməsi halında,

3.4. Qızdırıcı alət,cihazların və birbaşa günəş şüalarının yüksək və mənfi hərarətləri,yüksək nəmlik və tozlaşma nəticəsində yaranan nasazlıqlara görə,

3.5. Səlahiyyəti olmayan şəxs tərəfindən cihaza müdaxilə olunduqda, təmir işləri aparıldıqda və ya proqram təminatı yazıldıqda,

XAHİŞ VƏ TÖVSİYƏLƏRİMİZ

4.1. Cihazı alarkən, onun tam fuksionallığı üzrə (displey,kamera,blutuz, wi-fi, səs və s.) iş qabiliyyətini mütləq yoxlayın.

4.2. Cihazın iş qabiliyyətinin tam funksionallığı üzrə (displey, kamera,blutuz,wi-fi,səs və s.) yoxlanmasını, zəmanət kartının tam və düzgün doldurulmasını, zəmanət şərtlərinin şifahi olaraq izah olunmasını satıcıdan tələb etməyiniz və yalnız bu qeyd olunanlardan sonra zəmanət şərtləri ilə razılığınızı təsdiqləmək üçün ayrılmış yeri imzalamağınız xahiş olunur.

QEYD!4.2. bəndində qeyd olunanların hər biri satıcının birbaşa vəzifəsidir və satış anında icra olunmalıdır. Əks təqdirdə, müştərinin tam və dolğun məlumatlandırılmaması səbəbindən yaranan narazıçılıqlara görə, texniki servis heç bir məsuliyyət daşımır.

Maddə 13. İstehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququ

1. Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.

Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir.

QEYD! Zəmanət talonu doldurulmadığı təqdirdə zəmanət ləğv olunur.